CƏMİYYƏT


Oğuzun Bayan kəndində yanğın nəticəsində 38 baş mal-qara tələf olub

Oğuzun Bayan kəndində maldarlıqla məşğul olan Həsrətovlar ailəsinə məxsus mal tövləsində baş verən yanğın nəticəsində 38 baş iribuynuzlu mal-qara tələf olub. Yanğın hadisəsindən 12 saat keçməsinə baxmayaraq hələ də ocaqlar söhməmişdi.  Bu  isə yanğının miqyasının böyüklüyündən xəbər verir. Ailə üzvlərinin verdiyi məlumata əsasən, yanğın gecə saat 12 radələrində tövlənin ot yığılan hissəsindən başlayıb və daha sonra mal-qara bağlanan hissəyə keçib və bu zaman burada 34 baş ana, 4 baş isə bala olmaqla cəmi 38 baş mal tələf olub.