CƏMİYYƏT


Xocalıda soyqırımı qurbanlarının xatirəsinə ağacəkmə aksiyası keçirilib

Xocalı soyqırımı qurbanlarının xatirəsi bu il ilk dəfə olaraq faciənin törədildiyi Xocalı şəhərində də qeyd edilib.
“Bakı Abadlıq Xidməti" MMC-dən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Xocalının bərpasında çalışanların iştirakı ilə faciə qurbanlarının xatirəsinə ağacəkmə aksiyası keçirilib. Çay kənarına yüzlərlə şam ağacı əkilib.
Həmçinin Xocalının mərkəzindəki meydançada 613 rəqəmi formasında 613 qırmızı çiçək əkilib.