SİYASƏT
Yeni Kaledoniyanın kanak xalqının nümayəndələri müstəqillikləri tələbi ilə Parisdə bir araya gəliblər
27.02.2024 [16:49]
Xəbərin mətni
Fransanın paytaxtı Parisdəki “La Bourse du travail” Həmkarlar İttifaqı Mərkəzinin binasında Yeni Kaledoniyanın müstəqillik tərəfdarı olan kanak xalqının nümayəndəsi senator Rober Ksovinin, eləcə də Kanak və Sosialist Milli Azadlıq Cəbhəsinin (FLNKS) nümayəndə heyətinin iştirakı ilə “Kanak xalqı ilə həmrəylik toplantısı” adlı iclas keçirilib.
AZƏRTAC xəbər verir ki, iclas iştirakçılarının ilk tələbi fevralın 21-də Yeni Kaledoniyada polislə nümayişçilər arasında baş vermiş toqquşma nəticəsində saxlanılan 5 fəalın azad edilməsi olub.