CƏMİYYƏT


Azərbaycanın dəniz sərhədini pozan şəxslər tutuldu

Fevral ayının 22-də Dövlət Sərhəd Хidmətinin Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri, texniki müşahidə məntəqələri və sərhəd gözətçi gəmilərinin qarşılıqlı fəaliyyəti nəticəsində “Şahdağ” sərhəd gözətçi gəmisi tərəfindən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsinin Ələt reydi istiqamətində cənuba doğru hərəkət edən naməlum hədəf aşkar edilib.
Hədəfin saxlanılması məqsədilə Sahil Mühafizəsinin gəmiləri tərəfindən təqibetmə əməliyyatlarına başlanılıb, sərhəd bölmələri aidiyyəti üzrə məlumatlandırılıb, regional şöbələrin texniki müşahidə məntəqələri tərəfindən müşahidələr gücləndirilib və sahil xəttinin qapadılması məqsədilə təxirəsalınmaz tədbirlər görülüb.