MƏDƏNİYYƏT
Laçınlılar Su çərşənbəsini belə qeyd etdilər
28.02.2024 [10:31]
Xəbərin mətni
Dağlar qoynunda yerləşən Laçın torpaqları 32 ildən sonra yenidən çərşənbə bayramına ev sahibliyi edir. Doğma sakinləri ilə birlikdə Laçında adət-ənənələrimiz yenidən çiçəklənir, Su çərşənbəsi böyük coşqu ilə qeyd edilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Laçında Su çərşənbəsi münasibətilə bayram şənliyi təşkil olunub. Bayram toplantısında Azərbaycan Respublikası Prezidentinin Laçın üzrə xüsusi nümayəndəliyinin, "Bakı Abadlıq Xidməti" MMC-nin, "Laçın Abadlıq Xidməti" ASC-nin rəsmiləri, Laçın sakinləri iştirak ediblər.