Azərbaycan Dövlət İnformasiya Agentliyi

Laçın şəhərinə növbəti köç

28.02.2024 [11:19]

Xəbərin mətni

Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı fevralın 28-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
AZƏRTAC xəbər verir ki, bu mərhələdə Laçın şəhərinə daha 24 ailə - 89 nəfər köçürülür.