Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Şəki şəhidlərinin şüşə üzərində həkk edilmiş portretləri ailə üzvlərinə təqdim olunub

28.02.2024 [12:29]

Xəbərin mətni

Fevralın 27-də Şəki şəhərində “Zəfərin kölgəsi Şəki” adlı layihə çərçivəsində Şəki şəhidlərinin şüşə üzərində kölgə effektli portretlərinin nümayişi və şəhid ailələrinə təqdim edilməsi ilə əlaqədar tədbir keçirilib. Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə şəhər icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, şəhid ailələrinin üzvləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər. Layihənin rəhbəri Elmar Məmmədzadə Şəki şəhidlərinin şüşə üzərində həkk edilmiş kölgə effektli portretlərini onların ailə üzvlərinə təqdim edib. İlk olaraq Azərbaycanın Milli qəhrəmanları Çingiz Mustafayev, Elşad Yəhyayev və Mikayıl Cəbrayılovun portretləri doğmalarına təqdim olunub. Daha sonra Aprel döyüşləri və 44 günlük Vətən müharibəsi şəhidlərinin, həmçinin 24 saata yaxın davam edən lokal xarakterli antiterror əməliyyatı zamanı şəhid olanların portretləri ailə üzvlərinə təqdim edilib.