Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Azərbaycanın QHT sədrinin minalarla bağlı videomüraciəti BMT-nin 55-ci sessiyasında nümayiş etdirilib

28.02.2024 [15:30]

Xəbərin mətni

İsveçrənin Cenevrə şəhərində BMT-nin İnsan Hüquqları Şurasının 55-ci sessiyası işə başlayıb.
AZƏRTAC xəbər verir ki, sessiya çərçivəsində İnsan hüquqlarının tətbiqinə dair illik yüksək səviyyəli panel müzakirəsi keçirilib. Panel müzakirəsinin əsas mövzusu “Cəmiyyətdə tam və effektiv iştiraka və inklüzivliyə diqqət yetirməklə, əlilliyi olan şəxslərin hüquqlarını tətbiqi” olub.
Müzakirələr zamanı BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) xüsusi məşvərətçi statusuna malik “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərlinin videomüraciəti nümayiş etdirilib.