CƏMİYYƏT


Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolu yenidən qurulub

Azərbaycan Prezidentinin Sərəncamına uyğun olaraq, Siyəzən rayonunda Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən əsaslı şəkildə yenidən qurulub. Yenidənqurma işləri çərçivəsində 27 km uzunluğa malik yol 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilib.
Avtomobil yolu 9 yaşayış məntəqəsini əhatə edir. Torpaq əsaslı yol kəndlər arasında nəqliyyat əlaqəsini çətinləşdirir, gediş-gəlişdə problemlərə səbəb olurdu. Əsaslı şəkildə bərpasına ehtiyac olan yolun eni 10 metrə qədər genişləndirilib.