Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Gəncədə avtoxuliqanlıq edən şəxs saxlanıldı

29.02.2024 [11:33]

Gəncə şəhərində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, şəhər sakini Şərif Şərifov özünə məxsus “BMW” markalı avtomobillə şəhər ərazisində avtoxuliqanlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub, təhlükəli manevrlər edib.