Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Bakıda 6 evdən oğurluq edən şəxs saxlanılıb

29.02.2024 [17:46]

Xəbərin mətni

Nizami Rayon Polis İdarəsinin 25-ci polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində evlərdən oğurluq edən paytaxt sakini, əvvəllər məhkum olunmuş 1996-cı il təvəllüdlü Vüsal Məmmədov saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, araşdırma zamanı onun rayon ərazisində 6 evdən pul və digər qiymətli əşyalar oğurladığı məlum olub. Faktlarla bağlı 25-ci polis şöbəsində araşdırmalar aparılır. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə polisə məlumat verə bilərlər.