Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Məcburi köçkünlər üçün tikilən evlərin satışı davam edir

29.02.2024 [19:14]

Ötən ilin yanvar ayından keçmiş məcburi köçkünlər üçün tikilmiş və istifadəsiz mənzillərin onlayn satışına başlanılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onlayn formada satışı həyata keçirilən mənzillər paytaxtın Sabunçu rayonunun Ramana və Kürdəxanı qəsəbələrində, Qaradağ rayonunun Ümid qəsəbəsində, habelə Abşeron və Samux rayonlarındakı yeni yaşayış binalarında yerləşir. Bəs görəsən bu evlərin satış proseduru və qiymətləri necədir?