CƏMİYYƏT


Xaçmazda mikroavtobus dərəyə aşıb, yaralanan var

Xaçmazda "Ford" markalı mikroavtobus Qusarçay çayının dərəsinə aşıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Gödəkli kəndi ərazisindən keçən hissəsində baş verib.
Kənd sakini Mehdi İsayevin idarə etdiyi mikroavtobus idarəetmənin itirilməsi nəticəsində çayın üzərindəki körpünün məhəccərlərini qıraraq dərəyə düşüb.