Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Kürdəmirdə ölümlə nəticələnən yol qəzası baş verib

01.03.2024 [11:20]

Hadisə gecə saatlarında Bakı-Qazax magistral yolunda Kürdəmirin Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə iri tutumlu yük maşınının sürücüsü Bakı istiqamətində hərəkətdə olarkən, yolu keçmək istəyən piyadanı vurub. Zərbənin təsirindən piyada elə hadisə yerində vəfat edib.