Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Narkoloji Mərkəzdə əməliyyat: Vəzifəli şəxslər həbs olundu

01.03.2024 [14:48]

Xəbərin mətni

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarının təmin olunması və etibarlı müdafiəsi, tibbi xidmətlərin göstərilməsi zamanı yol verilən qanunsuzluqların aşkar olunaraq qarşısının alınması, o cümlədən hüquqpozmalara yol verən şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində mütəmadi olaraq Səhiyyə Nazirliyi ilə birgə kompleks tədbirlər həyata keçirilir.
AZƏRTAC Baş Prokurorluq və Səhiyyə Nazirliyinin mətbuat xidmətilərinin birgə məlumatına istinadla bildirir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi Şəxsinin baş direktoru Elşən Mustafayev və müavini Zamin Əliyevin qanunsuz hərəkətləri ilə bağlı keçirilmiş əməliyyat tədbiri nəticəsində cinayət işi başlanıb.