CƏMİYYƏT


Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlar dövlət dəstəyi mexanizmləri haqqında maarifləndiriliblər

Martın 1-də “Xaçmaz KOB evi”ndə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və “Marsol Group”un təşkilatçılığı ilə keçirilən tədbirdə Bakı şəhərindən və Quba-Xaçmaz iqtisadi rayonuna daxil olan Şabran, Xaçmaz, Quba, Qusar və Siyəzəndən 200-dən çox sahibkar, həmçinin müvafiq dövlət qurumlarının nümayəndələri iştirak ediblər.