Azərbaycan Dövlət İnformasiya Agentliyi

Metronun “Xocəsən” stansiyasına giriş tam məhdudlaşdırılıb AÇIQLAMA

01.03.2024 [17:15]

“Xocəsən" stansiyasından "Avtovağzal" stansiyası istiqamətində hərəkətə başlayan qatarda texniki nasazlıq yaranıb. Bu səbəbdən sərnişinlərin "Xocəsən" elektrik deposu ərazisində olan qatardan təxliyə edilməsi zərurəti yaranıb. Təxliyə problemsiz başa çatıb.
“Bakı Metropoliteni” QSC-dən AZƏRTAC-a bildirilib ki, texniki problem aradan qaldırılana qədər "Xocəsən" stansiyasına sərnişinlərin girişi tam məhdudlaşdırılıb.