Azərbaycan Dövlət İnformasiya Agentliyi

Müvəqqəti bağlanan Xocəsən stansiyasının işi bərpa olunub

01.03.2024 [19:57]

Texniki cəhətdən nasaz qatar xətdən çıxarılaraq, "Xocəsən-Avtovağzal" istiqamətində hərəkət tam bərpa olunub. Saat 18:00-da "Xocəsən" stansiyasının işi bərpa olunub və sərnişinlərin qəbuluna başlanılıb.
Bu barədə “Bakı Metropoliteni” QSC-dən AZƏRTAC-a bildirilib.