Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

FHN qapı arxasında köməksiz qalan azyaşlını belə xilas etdi

02.03.2024 [10:23]

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Əmircan qəsəbəsində azyaşlının evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
 
Məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub
 
Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olmuş və 2017-ci il təvəllüdlü azyaşlını yatmış vəziyyətdə aşkar edərək valideynlərinə təhvil veriblər.