CƏMİYYƏT


Kanalda batması ehtimal olunan azyaşlının axtarış-xilasetmə tədbirləri davam edir

Ötən il dekabrın 26-da İmişli rayonu, Qaragüvəndikli kəndində, Boztəpə kanalında batması ehtimal olunan 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən intensiv şəkildə davam etdirilir.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, hazırda nazirliyin qüvvələri tərəfindən uşağın itkin düşdüyü ehtimal edilən istiqamətlər üzrə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.