Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

İmişli sakini tonqala düşərək ölüb

02.03.2024 [17:50]

Xəbərin mətni

İmişlidə epilepsiya xəstəsi olan şəxs tonqalın üzərinə yıxılıb və yanaraq ölüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə günorta saatlarında R.Məmmədov küçəsində qeydə alınıb. İmişli şəhər sakini 1984-cü il təvəllüdlü İbişov Pünhan Hafiz oğlu sözügedən küçədə yol kənarında tonqal qalayıb. O, epileptik tutma nəticəsində tonqalın üzərinə yıxılıb və yanaraq ölüb.