CƏMİYYƏT


DİN narkotik vasitələr və onun fəsadları barədə maarifləndirici qısametrajlı film hazırlayıb

Daxili İşlər Nazirliyi (DİN) narkotik vasitələr və onun doğurduğu fəsadlar barədə növbəti maarifləndirici qısametrajlı film hazırlayıb.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, videoçarx “Narkotik səninlə bərabər sevdiklərinin də həyatını məhv edir!” devizi altında hər kəsi, xüsusən gəncləri bu vərdişlərdən uzaq olmağa səsləyir.