Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Müharibə Xarkov şəhərinə təxminən 10 milyard ABŞ dolları dəyərində ziyan vurub AZƏRTAC-ın XÜSUSİ REPORTAJI

02.03.2024 [20:56]

Xəbərin mətni

Müharibənin ilk günlərindən Rusiya ordusu Xarkov şəhərinə daxil olmağa cəhd etmişdi. Rusiyanın hərbi texnikası şəhərin Şevçenko prospekti istiqamətində irəliləsə də, Ukrayna ordusunun ciddi müqaviməti ilə üzləşdi. İlk döyüş şəhərdəki 134 saylı orta məktəbin yaxınlığında baş verib. Məktəb də daxil olmaqla ətrafdakı binalara ciddi ziyan dəyib.