Ağdamda baş vermiş mina partlayışı ilə əlaqədar rayon prokurorluğunda araşdırma aparılır
03.03.2024 [13:57]
Xəbərin mətni
Martın 3-də Ağdam rayonunun Əhmədağalı kəndi ərazisində 1995-ci il təvəllüdlü Abbasov Bəxtiyar Yaqub oğlunun mina partlayışı nəticəsində xəsarət alması faktı üzrə Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.