Göyçayda baş verən qəzada 3 nəfər ölüb
04.03.2024 [10:57]
Xəbərin mətni
Göyçay-Ucar avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC xəbər verir ki, hadisə gecə saatlarında Göyçayın Müskürlü kəndi yaxınlığında qeydə alınıb. İlkin məlumata görə, hərəkətdə olan minik avtomobili yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü Xəqani Bağırov, eləcə də avtomobildə olan sərnişinlər Asif Gülməmmədov və Elçin Əsgərov hadisə yerində ölüblər.