Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gəncədə narkotik satmaqda şübhəli bilinən şəxslər saxlanılıb

05.03.2024 [11:18]

Gəncə Şəhər Baş Polis İdarəsi və onun tabeli qurumlarının əməkdaşları şəhər ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa olunması istiqamətində bir sıra səmərəli tədbirlər həyata keçirib.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, tədbirlər nəticəsində müxtəlif yollarla ölkə ərazisinə o cümlədən Gəncə şəhərinə gətirilmiş narkotik vasitələri satmaqda və yaymaqda şübhəli bilinən şəxslər saxlanılıb.