CƏMİYYƏT


Ölkəmizin regionlarında ümumi məhsul buraxılışında ciddi artım var

2023-cü ildə Azərbaycanın regionlarında ümumi məhsul buraxılışının dəyəri 40,2 milyard manat təşkil edib. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib. Onun sözlərinə görə, 2022-ci illə müqayisədə regionlar üzrə ümumi məhsul buraxılışı 5,6 % artıb. İqtisadçı ekspert Fuad İbrahimov deyir ki, regionlar üzrə məhsul istehsalının 5,6 faizlik artımı çox ciddi göstəricidir və bu regionların dayanıqlı iqtisadi inkişafının bariz nümunəsidir.