CƏMİYYƏT


Agentlik: Azərbaycanda etibarlı su təchizatına nail olunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

Azərbaycanda etibarlı su təchizatına nail olunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu sahənin ölkədə bundan sonrakı inkişafı, mövcud çətinliklərin və həll yollarının müzakirəsi, maraqlı tərəflər üçün yeni fürsətləri əlçatan etmək məqsədilə keçirilən bu tədbir Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin dəstəyi ilə təşkil edilir.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi Səməd Rzazadə Beynəlxalq Su Təsərrüfatı sərgi və konfransına həsr olunmuş mətbuat konfransında bildirib.