CƏMİYYƏT


Daxili işlər naziri xidmətə qəbulla bağlı növbəti sıra baxışı keçirib

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov martın 5-də respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sıra baxışında nazirliyə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 210 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.