CƏMİYYƏT


Düriyyə‒Şümrüd avtomobil yolu çınqıl örtüklü olmaqla əsaslı şəkildə təmir olunur

Əsasən torpaq əsaslı olan yolda xüsusən payız-qış aylarında gediş-gəliş çətinləşir, istər avtonəqəliyyat vasitələrinin, istərsə də vətəndaşların hərəkətində maneələr yaşanırdı. Bütün bunlar nəzərə alınaraq layihə çərçivəsində ümumi uzunluğu 5 km təşkil edən yolun eni 8 metrə qədər genişləndirilir, bura 4 metr hərəkət hissə və 2 metr çiyin hissələr daxildir.