İstanbulda Azərbaycan-Türkiyə Beynəlxalq Gənclik Forumu keçirilib
07.03.2024 [10:52]
Xəbərin mətni
İstanbulda “Qloballaşmada Mədəniyyətlərarası Dialoqun Rolu” mövzusunda Azərbaycan-Türkiyə Beynəlxalq Gənclik Forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, forum Azərbaycan Gənclik Vəqfi, Xaricdə Yaşayan Türklər və Qohum İcmalar Birliyi (YTB), Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF), “Gənclərin Töhfəsi” və Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi ictimai birlikləri, Yeni Çağ Media Qrupu, TİMBİR, eləcə də Akademik İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.