CƏMİYYƏT


FHN kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan vətəndaşlara müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən respublikada yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir.
FHN-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ölkədə kənd təsərrüfatı fəaliyyəti ilə əlaqədar baş vermiş yanğınların nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış təhlili göstərir ki, sadə yanğın təhlükəsizliyi qaydalarına etinasız münasibət və ya məsuliyyətsiz davranış sonda yanğınlara, acı nəticələrə gətirib çıxarır.