Azərbaycan Dövlət İnformasiya Agentliyi

Firəngiz Mütəllimova: Şuşada böyük məmnuniyyətlə gedib yaşayacam

07.03.2024 [17:07]

Xəbərin mətni

”Şuşada böyük məmnuniyyətlə həm gedib yaşayacam, həm yaradacam, həm də ürəyimdə bəzi arzularım var ki, onları həyata keçirəcəm”, - bu fikirləri yaddaqalan obrazlarla tamaşaçıların dərin rəğbətini qazanan xalq artisti Firəngiz Mütəllimova Böyük Qayıdış haqqında rəy və təəssüratlarını bölüşərkən deyib. Qarabağa insanların böyük həvəslə qayıtmasından fərəh hissi keçirdiyini qeyd edən istedadlı sənətkar bu prosesdə gənclərin iştirakının vacib olduğunu vurğulayıb.