Səbail rayonunda oğurluq, dələduzluq və digər cinayətlər edən 5 nəfər saxlanılıb
07.03.2024 [17:19]
Xəbərin mətni
Paytaxtın mərkəzi küçələrinin birində yerləşən ictimai-iaşə obyektlərindən pul və mobil telefonların oğurlanması barədə Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə məlumat daxil olub. Həyata keçirilən tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 20 yaşlı Bədirov Kamran və qohumu 26 yaşlı Bədirov Səlim müəyyən edilərək saxlanılıblar.