Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xanım təkər ustası: Biz zərifik, amma zəif deyilik

08.03.2024 [13:18]

Ülviyyə xanımın gördüyü işi çoxları qəribə qarşılayır. O hazırda təkər ustası işləyir. Gündəlik olaraq 20-30 kiloqram ağırlığındakı təkərləri qaldırır, baxışdan keçirir, təmir etdikdən sonra avtomobilə yerləşdirir.