Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bu gündən “Kənddən Şəhərə” Novruz yarmarkası təşkil olunub

09.03.2024 [13:58]

İnsanların ən çox bazara üz tutduğu aylardan biri də mart ayıdır. Bayramlarla bol olan bu ayda ənənəvi olaraq bu il də Kənd Təsərrüfatı Nazirliyi tərəfindən "Kənddən Şəhərə" bayram yarmarkası təşkil olunub. Yarmakarkanın ilk günü olmasına baxmayaraq bazarda alıcılıq qabiliyyəti yüksəkdir.