CƏMİYYƏT


Laçının qarlı dağlarında görünən ağquyruq cüyürlər diqqət çəkib

Əsrarəngiz təbiətə malik olan Laçının zəngin faunası və florası hər fəsildə göz oxşayır. Bu dəfə isə qarlı dağlarda gəzən bir cüt ağ quyruq cüyür gözəlliyi ilə diqqət çəkib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, maraqlı təbiət hadisəsi Laçında çalışan işçilər tərəfindən rayonun Mişni kəndi ərazisində qeydə alınıb. Ağ örpəyə bürünən dağlarda gəzən cüyürlər bir müddət göründükdən sonra gözdən itib. Həmin kadrları təqdim edirik.