DÜNYA


Çin ali qanunverici orqanının illik sessiyası başa çatıb

Çinin ali qanunverici orqanı olan Xalq Nümayəndələri Yığıncağının illik sessiyası başa çatıb.
AZƏRTAC xəbər verir ki, martın 11-də 14-cü çağırış Çin Xalq Nümayəndələri Yığıncağının 2-ci sessiyasının yekun iclasında hökumətin hesabatı, ölkənin 2024-cü il üçün sosial-iqtisadi inkişaf planı, dövlət büdcəsi təsdiqlənib. Bundan başqa, Dövlət Şurası haqqında Əsas Qanuna düzəliş edilib, Yığıncağın Daimi Komitəsinin, Ali Xalq Məhkəməsinin, Ali Xalq Prokurorluğunun hesabatları dinlənilib.