CƏMİYYƏT
Laçında Həkəri çayı kənarında muğam sədaları ilə çərşənbə tonqalı qalanıb
12.03.2024 [23:29]
Yurdumuza bahar gəlir. Artıq ərazi bütövlüyü bərpa olunan Azərbaycanın hər bir yerində Novruzun gəlişi adət-ənənələrlə qarşılanır və Laçında da uzun illər sonra sakinlər öz doğma yurdunda çərşənbə tonqalları alovlandırır. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, həyatın yenidən canlandığı Laçın torpaqlarında da 32 ildən sonra ilk dəfədir ki, çərşənbə tonqalları yandırılıb. Yel çərşənbəsini bu il 451 ailə Laçın şəhərində, 211 ailə isə Zabux kəndində öz evində qarşılayıb və digər çərşənbələr kimi bugünki çərşənbə də yadda qalan anlarla qeyd edilib. Həkəri çayı kənarında isə böyük tonqal alovlandırılıb. Ətrafında isə muğam səsləndirilib.