Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Qohum evliliyinin fəsadları

13.03.2024 [10:40]

Azərbaycanda qohum evliliyinin qanunla qadağan olunması gözlənilir. Məsələ barədə bu gün Sosial Tədqiqatlar aidiyyatı dövlət qurumlarının iştirakıyla ictimai dinləmə keçirilib. Milli Məclisin deputatı, Sosial Tədqiqatlar mərkəzinin sədri Zahid Orucun sözlərinə görə, qohum evlililikləri ilə bağlı ölkəmizdə zaman-zaman dövlət tərəfindən maarifləndirmə işləri aparılsa da, təəssüf ki, hələ də prosesin qarşısını almaq mümkün olmayıb. Buna görə də artıq qanunvericilklə məsələnin həll olunmasına ehtiyac var.