Ukraynanın Krivoy Roq şəhərində yaşayış binası raketlə vurulub, ölənlər var
13.03.2024 [11:23]
Xəbərin mətni
Martın 12-də Ukraynanın Krivoy Roq şəhərində hündürmərtəbəli binanın raketlə vurulması nəticəsində dinc sakinlər arasında həlak olanlar var.
AZƏRTAC xəbər verir ki, Ukraynanın daxili işlər naziri İqor Klimenko ölən mülki şəxslərin sayının azı 4 nəfər olduğunu, 44 nəfərin isə yaralandığını deyib.