CƏMİYYƏT


Sabunçu rayonunda 3 ədəd “Kalaşnikov” aşkar olunub

Sabunçu Rayon Polis İdarəsinin (RPİ) Dövlət Yol Polisi Şöbəsi və 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər zamanı Kürdəxanı və Maştağa qəsəbələri ərazilərindən 2 ədəd “Kalaşnikov” markalı avtomat 40 ədəd patron və 2 ədəd patron darağı aşkar olunub.
Sabunçu RPİ-nin Cinayət Axtarış Şöbəsinin (CAŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri zamanı isə əvvəllər məhkum olunmuş 1980-cü il təvəllüdlü Məmmədov Əşrəf üzərində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb. Ondan “Kalaşnikov” markalı avtomat, 5 ədəd patron darağı və 135 ədəd patron aşkar olunaraq götürülüb.