CƏMİYYƏT


Su qıtlığı ilə bağlı məsələ beynəlxalq konfransda müzakirə olunub

Bakıda Beynəxalq Su Təsərrüfat Sərgi və Konfransı - "Baku Water Week" sərgisinə həsr olunmuş konfrans keçirilib. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov bildirib ki, bu ilin ortalarına kimi Laçın rayonunun Zabux kəndində su anbarının tikilib təhvil verilməsi gözlənilir. Agentlik sədri bildirib ki, Azərbaycanda 20-yə yaxın kanal və 13 anbarın yenidən qurulması nəzərdə tutulur. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov isə deyib ki, dünyada baş verən iqlim dəyişiklikləri Azərbaycandan da yan keçmir. Ötən il Azərbaycanda 160 min hektara yaxın sahə quraqlıqdan və su azlığından məhv olub. Konfransda ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva qeyd edib ki, qıtlığa səbəb olan amil əhalinin artımı və sudan düzgün istifadə edilməməsidir.