CƏMİYYƏT


Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələr daha da möhkəmlənib

Azərbaycan və Qazaxıstanla iqtisadi əlaqələr son illərdə daha da inkişaf edib. Belə ki, Qazaxıstan Prezidenti Kasım Jomart Tokayevin ölkəmizə son səfəri və səfər zamanı aparılan danışıqlar, iqtisadi sahədə imzalanan mühüm sənədlərlə ölkələr arası əlaqələrdə yeni mərhələyə qədəm qoyuldu. Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə ölkələr arası əlaqələrin yeni mərhələsində tərəflər yalnız, ticarət, idxal və ixrac deyil, eyni zamanda sərmayə qoyuluşları həyata keçirməklə qarşılıqlı şəkildə iqtisadiyyatlarına töhfə verəcəklər.