Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Yardımlıda 23.5 km uzunluğa malik avtomobil yollarının əsaslı təmirinə başlanılıb

14.03.2024 [10:46]

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 5 min əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Yardımlı rayonunun Masallı‒Yardımlı (44 km)‒Sırıq‒Əfçədulan‒Horavar‒Əngövül‒Zəngələ‒Vərov‒Keçələkəran avtomobil yolunun əsaslı təmirinə start verilib.