CƏMİYYƏT
Gəncədə qəza olub, xəsarət alanlar var
14.03.2024 [21:43]
Xəbərin mətni
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin Totanlı küçəsində qeydə alınıb. Hərəkətdə olan “VAZ” və “Mercedes” markalı avtomobillər toqquşub. Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.