DTX adam oğurluğu ilə məşğul olan Pakistan vətəndaşlarını cinayət başında yaxalayıb
15.03.2024 [12:43]
Azərbaycan ərazisində adam oğurluğu ilə məşğul olan Pakistan vətəndaşları müəyyən edilərək saxlanılıb. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən transmilli mütəşəkkil cinayətkarlığa və qanunsuz miqrasiyaya qarşı həyata keçirilən mübarizə tədbirləri çərçivəsində Pakistan İslam Respublikasının vətəndaşları olan Ullah Naeem Xan Navvab və qeyrilərinin ölkə ərazisində adam oğurluğu ilə məşğul olmalarına dair məlumat əldə edilib.