CƏMİYYƏT


“Porsche”-nin dövlət nömrə nişanını oğurlayanlar saxlanılıblar

Paytaxt sakini olan bir nəfər polisə müraciət edərək idarə etdiyi “Porsche” markalı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının Nərimanov rayonu ərazisində oğurlandığını bildirib. Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisədə şübhəli bilinən Şahin Bayramov, Xəyal Əsədov və dəstə üzvü olan bir qadın saxlanılılıblar. Oğurlanan dövlət qeydiyyat nişanı həmin şəxslərdən aşkar olunub və sahibinə qaytarılıb. Araşdırma zamanı saxlanılanların  narkotik vasitə aludəçisi olduqları da müəyyən olunub.