CƏMİYYƏT


Salyanda balıqçını elektrik cərəyanı vurub

Salyanda balıqçını ov edən zaman tilovun elektrik naqilinə ilişməsi nəticəsində cərəyan vurub.

Hadisə səhər saatlarında Salyan rayonu Yenikənd ərazisində qeydə alınıb. Lənkəran sakini Orxan Babayev kənd ərazisində Anazığlı adlandırılan kollektorda balıq ovu edərkən tilov elektrik naqilinə ilişib və cərəyan həmin şəxsi vurub. Orxan Babayev Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.