DÜNYA


Çində meşə yanğınlarında 3 yanğınsöndürən ölüb

Çin mediası ölkənin cənub-qərbindəki Sıçuan və Yünnan vilayətlərində müşahidə olunan meşə yanğınları nəticəsində insan tələfatı olması barədə xəbərlər yayıb.

AZƏRTAC xəbər verir ki, Sıçuan vilayətinin Qarce Tibet muxtar prefekturasına aid Yacian rayonunda martın 15-də başlayan meşə yanğını ilə əlaqədar 11 kəndin təxminən 3400 sakini təxliyə edilib. Yanğınla mübarizəyə 1500-ə yaxın şəxsi heyət, texnika, 8 helikopter cəlb olunub. Güclü küləyin həm yanğının sürətlə yayılmasına səbəb olub, həm də yanğınsöndürmə işlərinə çətinlik yaradıb.